Qazaxıstanda “yaşıl dəhliz” yaradılacaq- Rusların ölkəyə axınına görə

Qazaxıstan hökuməti Rusiya ilə sərhəddə öz vətəndaşları və ərzaq daşıyan maşınları üçün “yaşıl dəhliz” təşkil etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

“Sərhəddə növbələr yarandığından ərzaqla dolu avtomobillərimiz vaxtında respublikaya daxil ola bilmir. Sərhədin o biri tərəfində həm Qazaxıstan vətəndaşları, həm də ərzaq maşınları var. “Yaşıl dəhliz”in təmin edilməsi üçün bu gün sərhəd xidmətləri ilə danışılacaq”, – Jumanqarin bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Baş nazirinin müavinlərindən biri ilə vəziyyəti müzakirə edib.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan müttəfiqlərinin Ermənistana silah satmaqdan imtina etdiyini bəyan edib

Sonrakı məqalə

“Orduda genişmiqyaslı islahatlara başlanılıb”