Paşinyan müttəfiqlərinin Ermənistana silah satmaqdan imtina etdiyini bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.

“Sputnik Armenia”nın məlumatına görə, Baş nazir bu barədə hökumətin iclasında deyib.

“Yüz milyonla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silaı tədarükü öhdəliyini icra etməməsi halları var. Bu, ağır reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik”, – Paşinyan qeyd edib.

Əvvəlki məqalə

“Ərdoğan məndən “Sarı Gəlin”i oxumağı xahiş etdi” –

Sonrakı məqalə

Qazaxıstanda “yaşıl dəhliz” yaradılacaq