Qazaxıstan Müdafiə Nazirliyi ölkəyə məxsus hərbi texnikanın Rusiyaya göndərilməsi ilə bağlı internetdə yayılan məlumatları təkzib edib.
Azpost.info xəbər verir ki, nazirlik müzakirələrə səbəb olan videoda planlaşdırılmış təlimlərdən avadanlıqların əks olunduğunu bildirib.
Videoda deyilir ki, avadanlıq Rusiyaya, Omska gedir. Görüntülərin aprelin 6-da Qazaxıstanın Pavlodar şəhəri yaxınlığında lentə alındığı iddia edilir.
Müdafiə Nazirliyi bir daha istifadəçiləri yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb. Nazirlik həmçinin bildirir ki, Qazaxıstan 2022-ci il avqustun 27-dən silah və hərbi texnikanın ixracına qadağa tətbiq edib.
Azpost.info
