QHT-lər ilk dəfə Milli Məclisə müzakirələrə dəvət edilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsi komitəyə daxil olub və martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

Bu barədə APA-ya açıqlamasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Oruc deyib ki, 2020-ci ildə Ombudsman Aparatı tərəfindən görülən işlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də digər məsələlər məruzədə əksini tapıb: “Müzakirələrdə insan haqları sahəsində ixtisaslaşan QHT-lərin təmsilçiləri də iştirak edəcəklər”.

Qeyd edək ki, parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə QHT təmsilçiləri ilk dəfədir dəvət edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir