Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb

User 21 Avqust 2025 - 16:28 (Last updated: 21 Avqust 2025 - 16:28)
qerbi

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində hazırlanıb.

İctimai Birliyin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətini əks etdirən abidələrdən bəhs edir. Onun sözlərinə görə, Ermənistan ərazisində yerləşən bu tarixi abidələrin ermənilər tərəfindən dağıdılması və saxtalaşdırılması böyük tarixi və mədəni itkilərə səbəb olub:

“Bu abidələr Azərbaycan xalqının milli kimliyini və mədəni irsini yaşadan dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin izlərini silmək cəhdi hesab olunmalıdır. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidirlər.”

C.Hüseynzadə əlavə edib ki, filmin çəkilişlərinə tanınmış tarixçi–araşdırmaçı alimlər cəlb olunub və çəkiliş mərhələsi artıq tamamlanıb. Filmin beynəlxalq auditoriyaya çatdırılması məqsədilə ingilis dilində subtitrlər hazırlanacaq.

Layihə çərçivəsində ötən il istifadəyə verilən “qerbiazerbaycanirsi.az” (www.westernazheritage.com) platforması da təkmilləşdiriləcək. Burada Qərbi Azərbaycana aid 250-dən çox tarixi abidə barədə məlumat, foto və videomateriallar toplanaraq elektron bazaya əlavə ediləcək. Bundan başqa, Qərbi Azərbaycan irsinə dair kitablar və filmlər də platformaya əlavə ediləcək.

“Bu addım Qərbi Azərbaycan abidələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır,” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

 

 

https://youtu.be/IxbW-zotOH0

AzPost.az

Post navigation

Previous: Tütün şirkəti “Tabaterra”ya 23 milyon manat maya qoyuldu
Next: Lavrov Putinin Zelenski ilə görüşməsi üçün şərtləri açıqlayıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.