Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT “Xankəndində quruculuq və bərpa” layihənin icrasına start verib

User 16 May 2024 - 16:15 (Last updated: 21 May 2025 - 20:15)
xankendi

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa”  adlı layihənin icrasına start verib. Bu barədə məlumatı ictimai birliyin sədri Xatirə Vəliyeva  bildirib.

Sədrin sözlərinə görə, layihənin əsas məqsədi işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış prosesinə dəstək olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək vermək, həmçinin Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqda geri dönəcək sakinləri məlumatlandırmaqdı.

Layihə çərçivəsində Respublikamızın müxtəlif rayonlarında məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə Böyük Qayıdışla bağlı maarifləndirici görüşlər keçiriləcək. Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqqında və Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə görüşlər əsasında iki ədəd video çarx hazırlanacaq. Hazırlanmış video çarxlar keçmiş məcburi köçkünlərimizin və eləcədə bütün ictimaiyyətin Böyük Qayıdış proqramı çərçivəsində görülmüş quruculuq və bərpa işləri haqqında maariflənməsinə səbəb olacaq. Bütün bu tədbirlər yekun olaraq Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına dönüşünü sürətləndirəcək və onların öz doğma yurdlarına adaptasiya olmalarına yardımçı olacaqdır.

Bu layihə Bakı şəhərinin Mərdəkan və Pirşağı qəsəbələrində, Gəncə, Mingəçevir şəhərlərində, Bərdə, Göyçay, Ağcabədi, Goranboy rayonlarında, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində kompakt yaşayan  Xankəndi şəhərinin keçmiş məcburi köçkünlərini əhatə edəcəkdir.

Azpost.info

Post navigation

Previous: Bakıda “Mosfilm həftəsi” keçiriləcək
Next: İran Rusiya ilə birbaşa uçuşların sayının artırılmasını istəyir

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
Bakıda məktəbin pəncərəsindən yıxılaraq faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi Gü­nəl Dadaşova Salyan rayonunun Arbatan kənd...
Read more about Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar
Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq Yuxu
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18
Xalq artisti Zaur Rzayev vəfat edib zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.