Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gələcək.

Bu barədə Qırğız Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Konfrans çərçivəsində S. Japarovun 13 noyabr tarixindəki plenar sessiyada çıxış edəcəyi gözlənilir.

Əvvəlki məqalə

İCESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

Sonrakı məqalə

Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb