Qırğızıstan Rusiyadan koronavirus əleyhinə vaksin almağı planlaşdırır

16 Avqust 2020 - 14:42

Qırğızıstan yeni növ koronavirusa (COVID-19) yoluxmuş xəstələrin müalicəsi üçün Rusiyadan vaksin almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Madamin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, bu vaksinin kütləvi istehsalına başlanılması vaxtı hələ dəqiq deyil. Ancaq bu, baş verdikdə biz Rusiyadan vaksin almağı planlaşdırırıq.

Nazir müavini bildirib ki, son sutka ərzində Qırğızıstanda bu virusa 211 nəfər yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 min 856-ya çatıb. Həmçinin iki nəfər koronavirusdan ölüb və dünyasını dəyişənlərin sayı 1495 nəfər olub. Son sutka ərzində koronavirusa 12, ümumilikdə isə 3993 tibb işçisi yoluxub.

Sutka ərzində Sankt-Peterburqdan Oş şəhərinə 163 nəfər Qırğızıstan vətəndaşı gətirilib.