Qırğızıstan Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırır

Qırğızıstanda banklar aprelin 5-dən “Mir” kartları ilə işləməyi dayandıracaq.

Azpost.info xəbər verir ki, bu barədə “Elkart” milli ödəniş sisteminin operatoru məlumat yayıb.

Qərarın ABŞ-ın sanksiya rejimi ilə bağlı verildiyi bildirilir.

“ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarətə cavabdeh olan bölməsi “Mir” ödəniş sisteminin kart operatoruna qarşı sanksiyalar tətbiq edib. İkinci dərəcəli sanksiyalar riskini minimuma endirmək məqsədilə “Mir” bank kartlarına xidmətin dayandırılması barədə məlumat veririk”, – məsələ ilə bağlı rəsmi açıqlamada deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.