Qırğızıstan rusların qanunsuz çadır düşərgəsini bağlayıb

Qırğızıstanda hakimiyyət orqanları İssık-Kul gölünün sahilində rusiyalıların qanunsuz çadır düşərgəsini bağlayıb.

Yerli medianın xəbərlərinə görə rusiyalılar bu düşərgədə uşaqların hərbi təlim-tərbiyəsi ilə məşğul olurdular.

Turmuş saytı bildirir ki, düşərgədə Rusiyanın Surqut şəhərindən 20 uşaq və 5 böyük olub.

Rusiyalılar deyiblər ki, onlar “Xantı Mansi Muxtar Dairəsi dəniz piyadaları ittifaqının” üzvüdürlər və təşkilat yuxarı sinif məktəblilərinin və gənclərin “hərbi-vətənpərvərlik tərbiyəsi” ilə məşğul olur.

Rusiyalıların sözlərinə görə onlar Qırğızıstana “Qırğızıstan hərbi dəniz donanması veteranları ittifaqının” və “Pantera hərbi idman klubunun dəvəti ilə “hərbi-dəniz çoxnövçülüyü üzrə forumda” iştirak üçün gəliblər.

Onlar bildiriblər ki, bu tədbir Qırğızıstan Müdafiə Nazirliyinin hamiliyi ilə keçirilir.

Yerli hakimiyyət orqanları isə bildirir ki, düşərgənin salınması səlahiyyətli orqanlarla razılaşdirilmayıb, üstəlik ərazidə sanitariya normaları pozulub.

Sözü gedən pozuntulara görə klubun rəhbərləri 5 min – 15 min som (57-170 dollar) arasında cərimə olunublar.

Uşaqları müvəqqəti olaraq Çolpon-Ata şəhərinin yaşıllaşdırma idarəsinin həyətindəki çadırlarda yerləşdiriblər.

Rusiyalılar iddia edirlər ki, İssık-Kul gölünə 2019-cu ildə də gəliblər və o vaxt heç kimdən icazə almadan burada 40 gün qalıblar.

Əvvəlki məqalə

İranda həbs olunan Fərid Səfərli vəkillə təmin edilməyib –

Sonrakı məqalə

Dövlət Komissiyası Söyüdlüdə iclas keçirib