İranda həbs olunan Fərid Səfərli vəkillə təmin edilməyib –Anası XİN başçısına müraciət etdi

İranda həbs edilən Fərid Səfərli bu günə qədər vəkillə təmin edilməyib. 
Azpost.info bildirir ki, bu barədə F. Səfərlinin anası Dilarə Əsgərova açıqlama verib.
O, XİN başçısı Ceyhun Bayramova müraciət edib.  D.Əsgərovanın sözlərinə görə, məhkəmədə oğlu fars dilində dindirilir.  “Bu günə kimi Fərid nə Azerbaycan,  nə də İran tərəfdən vəkillə təmin olunmayıb. Ona görə də xahiş edirəm onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz”.
D.Əsgərova nazirdən Fəridin vəkillə təmin olunmasi prosesinin sürətləndirlməsini xahiş edib: “Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasını istəyirəm. Xahiş edirəm Azərbaycanın İrandakı konsulluğunun əməkdaşı məhkəmədə iştirak etsin”.
Onun sözlərinə görə, oğlu ilə son telefon danışığında Fərid Azərbaycanın məhkəmə ilə maraqlanmadğından narazılıq edib.
Azpost.info
Əvvəlki məqalə

Neft Fondu 6 ayda 12 milyard manata yaxın gəlir əldə edib

Sonrakı məqalə

Qırğızıstan rusların qanunsuz çadır düşərgəsini bağlayıb