Qırğızıstan və Tacikistan qoşunları geri çəkmək barədə razılığa gəlib

30 Aprel 2021 - 12:43

Qırğızıstan və Tacikistan dövlət sərhəd xəttindən qoşunları geri çəkmək barədə razılığa gəlib. 

 RİA “Novosti”nin məlumatına görə, bununla əlaqədar hər iki ölkənin rəsmiləri neytral zonada görüş keçiriblər.

Görüş nəticəsində hər iki ölkənin qoşunlarının dövlət sərhəd xəttindən geri çəkilməsi barədə razılıq əldə edilib.