Qırğızıstan XİN vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırıb

Qırğızıstan hökuməti vətəndaşlara müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik üzrlü səbəbləri olmayan həmvətənlərinə Rusiyaya getməyi tövsiyə edir. Həmçinin əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədinin keçməsinə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər Rusiya ərazisinə getməkdən müvəqqəti çəkinməyə çağırılır.

“Əgər getmək vacibdirsə, Rusiyaya girişlə bağlı hər hansı məhdudiyyətin olub olmadığını əvvəlcədən yoxlayın”, – nazirlik bildirir.

Azpost.info

Əvvəlki məqalə

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq?

Sonrakı məqalə

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb