Qırğızıstanda yoxa çıxan FETÖ-çü müəllimi Türkiyə kəşfiyyatı yaxalayıb

Prezident Rəcəb Tayyip Ərdoğan iyulun 5-də deyib ki, ötən ay yoxa çıxması Bişkekdə etirazlara səbəb olmuş müəllimi Türkiyə kəşfiyyatının agentləri ələ keçirib.

Qırğızıstandakı Sapat tədris şəbəkəsinin başçısı Orhan İnandı mayın 31-də Qırğızıstan paytaxtında müəmmalı şəkildə yoxa çıxmışdı. Onun avtomobili ertəsi gün Bişkekin mərkəzində qapıları açıq vəziyyətdə tapılmışdı. Müəllimin qiymətli əşyalarına toxunmamışdılar.

O vaxt onun xanımı ehtimal edirdi ki, əri Türkiyə səfirliyindədir.

Türkiyə hökuməti İnandını terrorçu təşkilat elan etdiyi Gülen hərəkatı ilə bağlı olmaqda ittiham edir.

Hökumət müşavirəsindən sonra danışan Ərdoğan deyib ki, İnandını Türkiyənin MIT kəşfiyyat idarəsi yaxalayaraq Türkiyəyə gətirib: “Dəqiq və səbirli işi nəticəsində MIT FETÖ-nün Mərkəzi Asiyadakı lideri Orhan İnandını ədalətlə üzləşdirmək üçün Türkiyəyə gətirib”.

Prezident əlavə edib ki, indiyədək Fətullah Gülən hərəkatına bağlı olan 100-dək şəxs dünya boyunca müxtəlif ölkələrdən tutularaq Türkiyəyə gətirilib. TRT dövlət telekanalı əlləri qandallı İnandını iki Türkiyə bayrağı arasında dayanarkən görüntüləyən videonu göstərib.

53 yaşlı İnandı Qırğızıstanda 1995-ci ildən yaşayırdı və ikili Türkiyə-Qırğızıstan vətəndaşlığı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici dövlətlər Əfqanıstandakı konsulluqlarını bağlayır

Sonrakı məqalə

“Özümdə deyildim, nəyə imza atdığımı bilməmişəm” –