Rusiya Qırmızı Xaç Cəmiyyəti “Krokus Siti Holl”da törədilən terror aktı zamanı həlak olanların və yaralananların ailələri üçün 1,2 milyard rubldan çox vəsait toplayıb.
Azpost.info xəbər verir ki, bu barədə təşkilat özü məlumat yayıb.
“İlk 33 ailənin hamısına indi maddi yardım etmək qərarına gəldik. Rusiya Qırmızı Xaç Cəmiyyəti onlara 300-dən 450 min rubla qədər pul ödəməyə başlayıb”, – məlumatda deyilir.
Xüsusi komissiyanın qərarına əsasən, terror aktı nəticəsində bir və ya iki valideynini itirmiş uşaqlara, maddi yardıma ehtiyacı olanlara, müalicə alanlara, zərərçəkmişlərə, həmçinin tibbi yardımın göstərilməsindən məhrum olanlara yardım göstəriləcək.
Azpost.info