Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını işğaldan azad edilmiş Ağdam rayon ərazisi ilə Xankəndinə gedib.
Humanitar yardım daşıyan avtomobillər Ağdam-Xankəndi yolu vasitəsi ilə Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidən keçid edib.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını artıq Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin postunu keçib. Yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndində yerləşən ofisinin nümayəndələri qarşılayıb. (APA)