Paytaxtın bir sıra küçə və prospektlərindəki yeraltı keçidlərdə eskalatorlar işləmir. AzPost xəbər verir ki, bu barədə dəflələrlə mediada məlumatlar yayılıb. Lakin bu problem görünür ki, aidiyyəti qurumları ümumiyyətlə maraqlandırmır.
Xüsusilə Qış parkındakı yeraltı keçidlər 10 ildən çoxdur işləmir. “You Tube”da qısa bir araşdırmadan sonra problemlə bağlı videoların 10 il əvvəldən başladığı bəlli olur.
Lakin bu 10 il ərzində minlərlə şikayət, yüzlərlə məlumat aidiyyəti qurumların tükünü də tərpətməyib. Görünür, yeraltı keçidlərdəki eskalatorlar heç zaman işləməyəcək. Bununla bağlı suallara da həmişə eyni cavablar veriləcək: “Eskalatorların əsaslı təmiri nəzərdə tutulub”.
Digər bir problem olan fiziki qüsurlu şəxslərin və uşaqlı insanların hərəkəti üçün şəraitdən isə ümumiyyətlə danışmırıq. Çünki mənası da yoxdur…
