Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qışda Azərbaycan qazı enerji təchizatında ciddi rol oynadı” –

User 25 Aprel 2023 - 14:15 (Last updated: 21 May 2025 - 20:15)
ai komissar

2022-ci il enerji təhlükəsizliyi baxımından Avropa üçün mürəkkəb bir il oldu.

Bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasiminin iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, Avropa İttifaqı blokun enerji təchizatının təhlükəsizliyi üçün plan qəbul edib: “Qəbul etdiyimiz plan və atdığımız addımlar enerji təchizatında əhəmiyyətli dəyişiklik yaratdı. Rusiya qazından asılılıq aradan qalxdı və enerji təchizatında diversifikasiyaya nail olmaq mümkün oldu. 2023-cü ilin başlanğıcından bəri bizim qaz kəmərləri 10 faizdən az Rusiya qazı idxal edir. Bu il ərzində Aİ həm də təhlükəsiz təchizatı gücləndirib. Qaz təchizatı üçün vacib infrastrukturlar qurulub və qurulur, xüsusilə də Mərkəzi və Cənub-Şərqi Avropada bu infrastrukturlar yaradılır.

Qaz vacib enerji mənbələrindən biri olaraq qalır. Buna görə də bizim qaz infrastrukturuna investisiya qoymağımız vacibdir, xüsusilə də qeyri-Rusiya mənbələrindən Avropa qazın ötürülməsi üçün. Bu, xüsusilə də Mərkəzi və Şərqi Avropa üçün vacibdir. Nəzərə alsaq ki, onlar uzun illər Rusiya qazından asılı olub”.

Kadri Simson qeyd edib ki, Ukraynadakı müharibə başlayan zaman bu ölkələrin Rusiya qazından imtinası onlar üçün ciddi çətinliklər yaradıb və Avropa İttifaqı bunun fərqindədir və Avropa Komissiyası bu çətinliklərin öhdəsindən gəlmək üçün həll yolları üzərində işləyib: “Buna görə də Slovakiya, Macarıstan, Bolqarıstan, Rumıniya və Azərbaycanın liderlərinin bu istiqamətdə əməkdaşlığı, imzalanan Anlaşma Memorandumu vacibdir. Bu, regionun effektiv şəkildə qaz təchizatına töhfə verəcək. Azərbaycan Avropa İttifaqının bu sahədə etibarlı tərəfdaşıdır. Bu ilin qışında Azərbaycandan idxal olunan qaz enerji təchizatında ciddi rol oynayıb və Avropa Komissiyası bu səyləri yüksək qiymətləndirir”.

O vurğulayıb ki, Avropa Komissiyası region ölkələrinin və Azərbaycanın bu şaxələndirmədə təşəbbüslərini dəstəkləyir.(APA)

Post navigation

Previous: Akif Çovdarovun əmlakının müsadirədən azad olunması qərarı ləğv olundu
Next: “Bu memorandum enerji təhlükəsizliyi baxımından vacib addımdır” –

Oxşar xəbərlər

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.