Qiyam etmiş “Vaqner” qruplaşmasının hərbi texnika karvanı M-4 Don federal magistral yolu ilə Voronej istiqamətində hərəkət edir.
Azpost.info bildirir ki, bu barədə Voronej vilayətinin administrasiyası xəbər verir.
Rayon sakinlərindən magistral yoldan istifadə etməmələri xahiş olunub.
“Vəziyyət nəzarət altındadır. Bölgənin güc strukturları bölgə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür “deyə açıqlamada deyilir.
