CargoMax daşıma şirkətinin fəaliyyəti ilə bağlı növbəti narazılıq sosial şəbəkələrdə gündəmə gəlib.
AzPost xəbər verir ki, vətəndaş Orxan Əliyev şirkətin Çindən Azərbaycana daşınma xidmətindən istifadə zamanı bir sıra problemlərlə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, CargoMax-ın Çin istiqaməti üzrə elan etdiyi 50 faiz endirim kampaniyasından yararlanmaq üçün Taobao platformasından sifariş verib. İlk sifariş 20 may 2026-cı il tarixində rəsmiləşdirilib, 2 iyun tarixində isə gömrük bəyannaməsi təqdim olunub.
Şikayətçinin iddiasına əsasən, 0,200 kiloqram çəkidə olan məhsul üçün ona 4,25 ABŞ dolları (7,30 manat) çatdırılma haqqı hesablanıb. Digər 0,200 kiloqramlıq məhsul üçün isə 3,50 ABŞ dolları (5,95 manat) ödəniş tələb olunub. O bildirir ki, şirkətin standart tariflərinə görə bu çəki üçün daşınma haqqı 2,80 ABŞ dolları (4,75 manat) olmalıdır.
Vətəndaş qeyd edir ki, məsələ ilə bağlı şirkətə müraciət etdikdə ona məhsulun həcm çəkisi ilə hesablandığı bildirilib. Lakin söhbətin adi köynəkdən getdiyini vurğulayan Orxan Əliyev bunun əsaslandırılmasını tələb edib. Onun sözlərinə görə, əvvəlcə şirkət nümayəndələri hesablamada səhv olduğunu qəbul edib və düzəliş ediləcəyini bildiriblər. Daha sonra isə mövqelərini dəyişərək məhsulun düzgün hesablandığını və bunun şirkətin qaydaları çərçivəsində həyata keçirildiyini qeyd ediblər.
Şikayət yalnız qiymətlərlə məhdudlaşmayıb. Orxan Əliyevin sözlərinə görə, məhsulun göndərilmə tarixi ilə bağlı da ona fərqli məlumatlar verilib. Əvvəlcə bağlamanın 8 iyun tarixində yola salınacağı bildirilsə də, sonradan ona məhsulun 11 iyun tarixində göndərildiyi deyilib. Şirkət daha sonra bağlamaların göndərildikdən sonra 14 iş günü ərzində çatdırıldığını açıqlayıb.
Vətəndaş bildirir ki, CargoMax vasitəsilə sifariş etdiyi məhsul hələ də ona təhvil verilməyib. O, özündən sonra sifariş etdiyi digər bağlamaların artıq Azərbaycana çatdığını qeyd edərək şirkətin xidmət keyfiyyətindən narazı olduğunu vurğulayıb.
Şikayətçi iddialarını təsdiqləyən yazışma və sənədləri də paylaşacağını bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı CargoMax şirkətinin mövqeyini dərc etməyə hazırıq. Şirkətin açıqlaması daxil olduğu təqdirdə materiala əlavə olunacaq.



![Bir bunu deyən yazı "吳行米斯~面 吳行米知~面样化外黄雨回小... ビッテ 深灰色L[建议110-130斤] 7 HK$21.50 .50 x1 Return/Refund Add Addtocart to cart 奥特菜斯~品牌专柜外贸清色夏季... 奧特莱斯~ 藏青色;L[建议110斤-130斤] HK$20.30 HK x1 Return/Refund Total Add to cart Order no. $5.49 Order details 5116344627883021222 Copy Orkhan Aliyev, 86-19876899414, 广东 省广州市 番岡区 石壁街道 石壁村二村大 斜路8号 CMX49325 Cargomax, Postal code: 511498 Order snapshot It serves as basis for judgment in the event of a dispute Payment . Created time 2026052023001153101414907284 Payment time 20/5/2026, 5:50:30 pm … 20/5/2026, 20/5/2026,6:14:00pm 6:14:00 pm Track order Add to cart" şəkili ola bilər](https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t39.30808-6/725120598_122225028092322700_4923749535415966210_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx834x1600&ctp=s834x1600&_nc_cat=105&ccb=1-7&_nc_sid=aa7b47&_nc_ohc=MCk8D8c4hnsQ7kNvwFH-xxI&_nc_oc=AdoKPqdKL0Bn2-L7tL4OBfKtUKzF3nsVqIkWu6bzQr7IS-X86exDODg46dFc4ep9bng&_nc_zt=23&_nc_ht=scontent.fgyd12-1.fna&_nc_gid=YmR7BsTD8ORG47NL5hmzVg&_nc_ss=7b2a8&oh=00_Af9F1DO9qJLS8AUcEiqi1vznS6G9COk6NUwOP2gN1Wm4mA&oe=6A3ADAFF)


![Bir ekran və bunu deyən yazı "自 $0.00jh0.00 Mukafat Balansi Çatdırılma detallan Gonderan anban. tayinat egionunu Manya ែ ทอังุไีชร์ çatdınima ИπO seçarok daşıma qiymmatini hesablayın. Çin CN AZE Teyinal ทอตโตร์ Bağlamanın çakisi ၁ ölçülari Eağlamanıni istanilan માની Bakı, Abşeron, Sumqayıt Çaki (kq1 aya &data poж okluqda ham hecm ham 0.0 Caldeima nóvü Eni (sm) fiziki aki resablanir, Hansa ปร่าย büyükdürsa talbiq olurur. Home Delivery Hesabla 0.0 Sifırla Uzunluq (sm] 0.0 Hündürtak [sm) 0.0 0"-in Twitter ekran şəkli ola bilər](https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t39.30808-6/725214180_122225028356322700_3058028299535082735_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1602x573&ctp=s1602x573&_nc_cat=107&ccb=1-7&_nc_sid=aa7b47&_nc_ohc=qUqG08Eg_DYQ7kNvwEMHBuQ&_nc_oc=AdphqdgED5dCO5tlYngJHdzZ2WrOFpwWtOEeXjMhSQxwinTpG6-bM2A95z_-3yyB4nA&_nc_zt=23&_nc_ht=scontent.fgyd8-1.fna&_nc_gid=1w4iQ7JI0TAikfYHh7A3NQ&_nc_ss=7b2a8&oh=00_Af9jmO3vSMNNIaASadr0VptGemaEFAXgcY8wBYESHbCB1g&oe=6A3AD727)