“Qızıl bazarı” rekord vurur –  Ölkə buğda və qızıl idxalına milyardlar xərcləyir  (RƏQƏMLƏR)

Azərbaycana 2019-cu il ərzində 49,6 tondan çox qızıl məmulatları (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr) gətirlib.

Azpost.info banker.az-a istinadən xəbər verir ki, ölkəyə gətirlən qızılın ümumi idxal dəyəri 2 milyard 111,77 milyard ABŞ dolları təşkil edib. Bu da ölkə üzrə idxal edilən ən böyük dəyərdə olan məhsul (kod üzrə) olması deməkdir. Məlumat üçün bildirək ki, Azərbaycanda ən böyük ikinci  kod üzrə məhsul yumşaq buğda sayılır ki, bunun da idxal həcminin dəyəri 323,91 mln. dollardır. Ölkəmizdən xaricə isə qızıl ixracı ilə bağlı rəsmi olaraq bildirlir ki, ixrac baş tutmayıb.

İdxal edilmiş qızılın həcmi 2018-ci il ilə müqayisədə miqdarca 2,5 dəfəyə yaxın artması deməkdir. Belə ki, 2018-ci ildə Azərbaycana 20,5 min ton miqdarında bu qiymətli məlumatlar ölkəmizə daxil olmuşdu.

Hesabat dövrü ərzində ölkəyə 2,82 tonluq gümüş gətirlib ki, bunun da dəyəro 3,16 mln. ABŞ dolları təşkil edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mart ayında 10 gün iş olmayacaq

Sonrakı məqalə

Qubada oğul atasını bıçaqla öldürüb