“Qlobal böhrana ayrı-ayrı dövlətlərin eqoizmi səbəb oldu” –PUTİN

“Qlobal iqtisadiyyatda yaranmış böhran vəziyyət ayrı-ayrı dövlətlərin düşünülməmiş, eqoist hərəkətləri nəticəsində yaranıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində deyib.

“Dünya iqtisadiyyatında yaranmış böhranlı vəziyyətdən yalnız vicdanlı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında çıxış yollarını axtara bilərik. Maliyyə mexanizmlərindən istifadə edərək makroiqtisadi siyasətdə öz səhvlərini bütün dünyaya yayırlar”, – Putin bildirib.

Onun sözlərinə görə, çağırış və təhdidlərin transmilli xarakteri birgə cavab tədbirləri tələb edir: ““Beşlik” dövlətləri çox böyük siyasi, iqtisadi, elmi, texnoloji və insan potensialına malikdir. Münaqişələrin həlli, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, yeni texnologiyaların kriminal istifadəsi ilə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəni, təhlükəli infeksiyaların yayılması kimi vəzifələri yalnız birlikdə həll etmək olar”.

Qeyd edək ki, BRİKS-in 14-cü sammiti öz işinə bu gün başlayıb. Rusiya prezidenti ilə Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın liderləri videokonfrans vasitəsilə müxtəlif sahələrdə – siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı müzakirə ediblər.

“Beşlik” dövlətlərinin liderləri sanksiyalara qarşı çıxıb və vurğulayıblar ki, BRİKS ölkələri dünyada həqiqətən çoxqütblü sistemin formalaşmasında iştirak etməlidirlər.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyan sülh müqaviləsi üzrə danışıqlara hazırdır” –

Sonrakı məqalə

Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu azadlığa buraxılıb