Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu azadlığa buraxılıb

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, tanınmış ilahiyyatçı Elşən Mustafayev (Mustafaoğlu) azadlığa çıxıb.

Bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, o cəzasının çəkilməmiş hissəsindən azad edilib və bu gün 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü il dekabr ayında ləğv edilmiş Milli Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulub. O Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, 7 il 6 ay cəzasını çəkib.

Əvvəlki məqalə

“Qlobal böhrana ayrı-ayrı dövlətlərin eqoizmi səbəb oldu” –

Sonrakı məqalə

Putinin dünya arenasına qayıdışı –