Qlobal innovasiyaya görə neçənci yerdəyik?

Sentyabrın 20-də 132 iqtisadiyyatın innovasiya perfomansı, həmçinin COVID-19 pandemiyanın innovasiyaya təsirini göstərən indeks açıqlanıb. Bu indeks dövlət və özəl mənbələrdən 81 indikator əsasında hazırlanır.

Bu ilin yeniliyi Qlobal İnnovasiya İzləyicisidir. Dünyada COVID-19 pandemiyasının təsirləri hələ də qaldığından indeks böhranın qlobal innovasiya perfomansına təsirini də dəyərləndirir.

Qlobal İnnovasiya İndeksində ilk 10-luqda İsveçrə, İsveç, Birləşmiş Ştatlar, Böyük Britaniya, Koreya Respublikası, Niderland, Finlandiya, Sinqapur, Danimarka və Almaniya yer alıb.

Azərbaycan 132 ölkə içində 80-cidir. Ermənistan 69, Rusiya 45, Gürcüstan 63, İran 60-cı yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun məhkəməsi başlayır

Sonrakı məqalə

Tanınmış idman şərhçisi Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub