Qlobal Peyvənd Sammiti keçiriləcək- ÜST rəhbəri də iştirak edəcək

İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq Qlobal Peyvənd Sammitində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə təşkilat rəhbəri “Twitter” hesabından bildirib:

“Böyük Britaniya 4 iyun tarixində Qlobal Peyvənd Sammitinə ev sahibliyi edəcək və mən də bu tədbirdə baş nazir Boris Consona qoşulmağı nəzərdə tuturam. Bu sammit Peyvənd Alyansı tərəfindən görülən həyati mühafizə işlərinə bizim bağlı olduğumuzu bir daha ifadə etmək üçün gözəl fürsət olacaq və COVID-19-a qarşı peyvənd hazır olan kimi onu bərabər şəkildə əldə etməyimizə imkan verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Baş nazir: