“Hazırda Gürcüstanda koronavirusun yayılması ilə bağlı vəziyyət tam nəzarət altındadır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə virusdan ölüm göstərici hər 100 nəfərə 0,3% təşkil edir: “Bu, 49 Avropa ölkəsi arasında ən aşağı göstəricidir”.
Hökumət başçısı Gürcüstanın infeksiyanın yayılmasına görə dünyada 123-cü yeri tutduğunu deyib.
Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 735 nəfər yoluxub. Onların 557-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib.