Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

QMİ-də “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib

User 19 Aprel 2023 - 12:15 (Last updated: 21 May 2025 - 20:15)
seyx kon
QMİ-də “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Konfransda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, deputatlar, dini konfessiya rəhbərləri və din xadimləri iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı: “Ulu Öndər müdrik dövlət başçısı kimi millətimizin yüksək amallar uğrunda sıx birləşməsində milli-mənəvi dəyərlərin önəmini gözəl bilirdi. Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb”.
O vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi kimi bəlalardan qoruyaraq xilas etdiyi dövlətimiz bu gün davamlı tərəqqi edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Heydər Əliyevin apardığı siyasət və onun dəyərli fikirləri onu dünya və Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətinə çevirib: “Onun dövlət başçısından Ümummilli Liderə qədər gəlib çıxması dünya dövlətçilik tarixində çox da geniş yayılmayan tarixi hadisələrdən biridir. Ulu öndər beynəlxalq aləmdə dünya siyasətini tənzimləyə bilən siyasətçi kimi qəbul edirdi. Bu da xalqımız üçün böyük iftixar hissi idi”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da öz növbəsində Heydər Əliyevin ölkəmizin bütün sahələrinin inkişafında gördüyü xidmətlərdən bəhs edib. O qeyd edib ki, elm, təhsil və səhiyyənin inkişafında müstəsna xidmətləri olub: “Heydər Əliyev hakimiyyətə gəldikdə sadalanan sahələr üzrə müəyyən durğunluqlar var idi. Ulu öndər uzaqgörən siyasətçi kimi başa düşürdü ki, yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilməli idi. İstedadlı gəncləri oxumaq üçün xaricə göndərirdi. Kadr hazırlığı ilə yanaşı, yeni müəssisələrin açılışında əməyi olub”.
Tədbirin davamında Heydər Əliyevin 1993-cü ildə Təzəpir məscidini ziyarət etməsi, oradakı çıxışı, din xadimləri ilə görüşün yer aldığı kadrlardan ibarət film təqdim olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və digər konfrans iştirakçıları tədbirin davamında Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.

Post navigation

Previous: Bakıda banka saxta dollar verən şəxs tutulub
Next: Deputat məhkəməyə çağırıla bilər –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.