QMİ məhərrəmliyin başlanması ilə bağlı müraciət etdi:“Məscidlərdə qaydalara riayət edin!”

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması münasibəti ilə dindarlara müraciət edib.

Azpost.info-nun məlumatına görə, QMİ-nin müraciətində deyilir ki, Məhərrəm ayının 1-i miladi təqvimlə 2021-ci ilin avqust ayının 10-na, Aşura günü isə 2021-ci ilin avqustun 19-na təsadüf edir.

QMİ vurğulayıb ki, Məhərərmlik dönəmində ibadət və dualarda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, 20 yanvar və Xocalı soqyqırımı qurbanlarının əziz xatirəsini yad etmək vəfa borcumuzdur.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxmaq təhlükəsini nəzərə alaraq QMİ tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun keçirilməsi vacibdir”.

QMİ həmçinin Aşura günü qanvermə aksiyasına qoşulmaq istəyən şəxslərə qan bankının paytaxtda və bölgə filiallarında, səhiyyə ocaqlarında qan vermələrini tövsiyə edib. Həmin məkanların ünvanları  QMİ –nin rəsmi saytında yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb