QMİ Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə xalqı təbrik edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir: 

“Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik. İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri  Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə daha 412 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Ermənistan işğalı möhkəmləndirməyə çalışır –