Qobustanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərləndi

03 Mart 2020 - 10:01

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Şəhər sakinləri – Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.