Qorbaçov arvadının yanında dəfn edildi- FOTOLAR/VIDEO

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “Novodeviçye” qəbiristanlığında həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn edilib.

Azpost.info xəbər verir ki, Qorbaçovun tabutu Rusiya bayrağı ilə örtülüb.

Qorbaçovun dəfn olunduğu yerə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, Moskva meri Sergey Sobyaninin və “Mosfilm” kinokonserninin adından əklillər qoyulub.

Dəfndə bəzi xarici ölkələrin səfirləri, Britaniya və Fransa səfirliyinin diplomatları iştirak ediblər.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanda Maksim Qalkinin və Andrey Makareviçin konsertləri ləğv olunub

Sonrakı məqalə

Zaqatalada meşə yanğınının yayılmasının qarşısı alınıb