Gürcüstanda Maksim Qalkinin və Andrey Makareviçin konsertləri ləğv olunub

Tbilisi İdman Sarayı rus yumoristi Maksim Qalkinin və Andery Makareviçin rəhbəri olduğu məşhur “Maşina vremeni” qrupunun payıza planlaşdırılan konsertlərini ləğv edib.

Bu barədə Gürcüstanın “Biletebi” bilet satışı xidmətinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamaya görə, minlərlə biletin satıldığı konsert sarayda təmir işlərinin aparılması ilə əlaqədar olaraq ləğv edilib.

“Biletebi”nin məlumatında konsertlərin siyasi səbəbdən ləğv edilə biləciyini istisna etməyib.

Bununla belə, konsert afişaları hələ də xidmətin saytında mövcuddur. Əlavə olaraq bildirilib ki, konsertlərin baş tutması ilə bağlı danışıqlar hələ də davam edir və onların başqa salonda keçirilməsi mümkündür.

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi də öz növbəsində İdman Sarayının şəxsi mülkiyyətdə olduğunu, dövlətin onun işinə heç bir müdaxiləsinin olmadığını bildirib.

“Zaman maşını” qrupunun konserti sentyabrın 24-də, Maksim Qalkinin konserti isə oktyabrın 15-ə keçirilməli idi.

Əvvəlki məqalə

Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb

Sonrakı məqalə

Qorbaçov arvadının yanında dəfn edildi