Qorbaçov Putini sabiq sovet respublikaları ilə sülh bağlamağa çağırdı:

"Bu ölkələrlə inteqrasiya gücləndirilməlidir"
02 Mart 2021 - 00:08

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya hakimiyyətini postsovet məkanında dövlətlərarası inteqrasiyanı gücləndirməyə çağırıb. 

Azpost.info bildirir ki, eks-prezident TASS-a geniş müsahibəsində bu barədə danışıb.

M.Qorbaçov hesab edir ki, Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını möhkəmləndirmək lazımdır. Onun fikrincə, Rusiya həmçinin Moskva ilə ixtilfada olan SSRİ-nin sabiq respublikaları ilə münasibətlərini bərpa etməlidir: “Avrasiya İttifaqı, KTMT- Bütün bu təşkilatları möhkəmləndirmək lazımdır. Rusiyanın ixtilafda olduğu keçmiş sovet respublikaları ilə əlaqələr bərpa olunmalıdır. Bunun üçün bir proqrama ehtiyac yaranıb”-deyə Qorbaçov vurğulayıb.

Mixail Qorbaçov deyib ki, SSRİ-ni saxlamaq olardı: “Yenilənmiş, islahatçı, respublikalara geniş hüquqlar,real suverenlik verən İttifaqı qorumaq olardı”.

Martın 2-də Mixail Qorbaçovun 90 yaşı tamam olur.