Qrip virusu nəyin səthində daha çox qalır? –

HƏKİM RƏYİ
05 Noyabr 2020 - 09:46

Virus və bakteriyalar tez-tez yoluxucu xəstəliklərə səbəb olur. Özü də bu xəstəliklərə tutulma əllə görüşdükdə və ya virusun düşdüyü nəyinsə səthinə toxunduqda baş verir. Belə olduğu halda, təbii ki, sual yaranır: viruslar və bakteriyalar əşyaların səthində nə qədər vaxt ərzində qalırlar?

“MedikForum” saytı bildirir ki, adətən, qrip virusu bərk əşyaların səthində daha çox qalır.

“Qrip virusları polad və paslanmayan plastikin üstündə 24 saatdan 48 saatadək qalır”, – deyə Arizona Universitetinin İctimai Səhiyyə Kollecinin doktoru Kelli Reynolds söyləyib.

Bu isə o deməkdir ki, bizim toxunduğumuz əşyalar, məsələn, sürahilərin səthində viruslar uzun müddət qalır.

Reynoldsın sözlərinə görə, qrip virusu parça ilə müqayisədə bərk əşyaların səthində daha çox qala bilir. Alimlərin bununla bağlı yekdil bir fikri olmasa da, hər halda güman etmək olar ki, bu, parçanın həddindən artıq məsaməli olması ilə əlaqədardır. Araşdırmalar göstərir ki, qrip virusu parçada yalnız 8 saatdan 12 saatadək qalır.

2008-ci ildə aparılmış tədqiqatlardan məlum olub ki, qrip virusu dərinin səthində uzaq başı 5 dəqiqəyədək qala bilir. B onunla bağlıdır ki, dəri mikrobları və virusları məhv edən qoruyucu funksiyaya malikdir.

Lakin virus seliyə düşdükdə onun yaşama vaxtı uzanır. Bu baxımdan, məsələn, sadəcə qapı dəstəyinə toxunma ilə müqayisədə əlin üzərinə asqırma nəticəsində qripə yoluxma ehtimalı daha yüksəkdir.