Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdığını bəyan edib

ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə onun qardaşı Qalib Toğrul məlumat yayıb.
Onun sözlərinə görə,  14 may 2024-cü il-də  ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş,
Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.
Qubad İbadoğlu ADR-dəki fəaliyyəti dövründə onunla bir cərgədə mübarizə aparmış partiya rəhbərliyinə və üzvlərinə, xüsusilə həbsdə olduğu müddətdə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını çatdırır”.
“Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı”-deyə açıqlamada bildirilir.
Əvvəlki məqalə

Prezident İlham Əliyev Slovakiya Baş nazirinə sui-qəsdi qınayıb

Sonrakı məqalə

Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb –