Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qubada “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib

User 28 Avqust 2025 - 18:26 (Last updated: 28 Avqust 2025 - 20:11)
qu01

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin sonuncu tədbirini keçirib.

QHT.az xəbər verir ki, tədbir 2025-ci il avqustun 22-də Quba rayonunda, Qızıl Qaya restoranının zalında baş tutub. Görüşdə əsasən Quba rayon bələdiyyə nümayəndələri olmaqla 21 nəfər iştirak edib.

Təlim cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva tərəfindən aparılıb. Layihənin ikinci mərhələsi əvvəlcə birinci mərhələnin qısa xülasəsi və iştirakçıların ev tapşırıqlarının təqdimatı ilə başlayıb. Təqdim edilən 4 layihə iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Daha sonra təlimçi Əntiqə Qurbanova iştirakçılara bir sıra mövzular üzrə geniş məlumat verib. O, sosial problemlərin həllinə əhalinin cəlb edilməsi, insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması mövzularında çıxış edib. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olunub, həmçinin məişət zorakılığı qurbanlarına yardım yolları barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu zorakılığın qarşısının alınması, zərərçəkmişlərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün mühüm hüquqi baza yaradır.

Tədbirdə həmçinin kiçik qruplarda “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” mövzusu müzakirə olunub. İştirakçılar bələdiyyə, fond və yerli sahibkar qruplarına bölünərək birgə işləyib, təqdimatlar təqdim ediblər.

Sonda tədbir iştirakçıları üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

AzPost.az

Post navigation

Previous: Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
Next: “İlham Əliyev yeni dünya modelinin ideoloqlarından biri kimi qəbul edilir” –

Oxşar xəbərlər

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.