Qubada külək beşmərtəbəli binanın damını uçurub –

5 maşına ziyan dəyib (FOTO)
17 May 2020 - 17:04

Qubada külək bir sıra fəsadlar törədib. 

Külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.  

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub. (APA)