Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qubada mədəni irsinin təbliğinə həsr olunmuş intellektual turnir keçirilib

User 25 May 2026 - 10:50 (Last updated: 25 May 2026 - 19:03)
qht01

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Hacıqayıb kəndində intellektual turnir təşkil olunub.

Hacıqayıb kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Quba rayonunun Hacıqayıb, Qımılqışlaq, Hacıhüseynli, Davidoba və Küpçalqışlaq kəndlərindən, həmçinin Zərdabi, Barlı və Bağbanlı qəsəbələrindən olan 48 nəfər yeniyetmə, gənc və müəllim 8 komanda tərkibində “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi, komandada işləmək, qərarvermə və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.

Rəsmi hissədə çıxış edən Quba rayonu Hacıqayıb kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şəmsəddin Feyzullayev bu kimi tədbirlərin yeniyetmə və gənclərdə vətənə bağlılıq hissinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişafına müsbət təsir göstərdiyini bildirib.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Hacıqayıb kəndini təmsil edən “Zirvə” komandası qazanıb. Zərdabi qəsəbəsinin “Matriks” və Barlı qəsəbəsinin “Atəşgah” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində bu günədək Xaçmaz, Qusar və Şabran rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 150 nəfər yeniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun daha iki kənd zonasında seçim turlarının keçirilməsi planlaşdırılır.

Fotolar

AzPost.az

Post navigation

Previous: Kosmosda yadplanetli qalaktikanın izləri tapıldı
Next: Suşi yeyərək arıqlamaq mümkündür

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.