Qumla oynamağən uşaq sağlamlığına- FAYDALARI

“Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir”.

Bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova deyib.

Onun sözlərinə görə bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinə, oynaqların müalicəsinə kömək edir: “Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidir. Zədələnən dəri ilə qumda oynamaq olmaz, yaralar və ya kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir. Bundan əlavə, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin. Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər”.

Əvvəlki məqalə

Ramin Hacılının cəzası azaldılıb

Sonrakı məqalə

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib