Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə qayıtdı

Türkmənistan birpalatalı parlament sisteminə keçib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb.

Qeyd edək ki, Türkmənistan parlamentinin bu gün keçirilən iclasında Qurbanqulu Berdiməhəmmədovun ölkənin milli lideri olması haqqında qərar qəbul edilib.

Qərar Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov tərəfindən təsdiqlənib.

Əvvəlki məqalə

“Sülhməramlılar Qarabağdan çıxsa Moskva təsir imkanını itirəcək” –

Sonrakı məqalə

Səməd Vurğunun dəfnindən nadir KADRLAR –