“Sülhməramlılar Qarabağdan çıxsa Moskva təsir imkanını itirəcək” –Rusiyalı politoloq

“Rusiya Qafqazda mövqelərini itirə bilərmi? Əlbəttə itirə bilər. Tarixdə proqramlaşdırılmış heç nə yoxdur. Amma bunun Qafqaz üçün nəsə müsbət şey vəd edəcəyinə inanmıram. Rusiyanın Qafqazdan çıxması həmişə sabitliyin böyük miqyasda pozulması ilə müşayiət olunub”.

Azpost.info bildirir ki, bu sözləri  NEWS.am-ın “Güc Faktoru” proqramında çıxış edən  MQİMO-nun Avroatlantik təhlükəsizlik üzrə İnstitutunun emi əməkdaşı Sergey Markedonov bildirib.

Ekspertin fikrincə, sülhməramlıların Qarabadan getməsi Rusiya üçün böyük riskdir. Bununla Ermənistana və Azərbaycana təsir imkanları itməyə başlayacaq.  “Bu isə Rusiyanın regionda bir çox mövqelərini sual altında qoyacaq”.

“Qafqaz Rusiyanın prioriteti kimi qalır. Amma indi Ukrayna ölkənin əsas siyasətçilərinin şüurda bunu arxaya sıxışdırıb. Rusiya rəhbərliyi üçün Ukraynada baş verənlər daha vacib məsələ kimi qəbul olunur. Qafqaz da mühümdür, amma psixoloji planda bu uzaq görünür. Amma bu o demək deyil ki, Qafqaz rus siyasətinin strateji məqsədlərindən itəcək”-deyə Markedonov vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda 59 nömrəli məktəbdə müəllim şagirdləri niyə döyüb? –

Sonrakı məqalə

Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə qayıtdı