Qərb kəşfiyyat xidmətləri öz texnologiyalarının “arzuolunmaz rejimləri” devirmək gücünə səmimi şəkildə inanırlar və Rusiyada inqilab hazırlayır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Hamıya məlumdur ki, xaos, minlərlə insan ölümü və dağıntılarla “ərəb baharı” adlandırılan faciənin məsuliyyəti onların üzərindədir. Qərb ölkələri, xüsusən də ABŞ Ukraynada “Avromaydan” faciəsinə görə də məsuliyyət daşıyır. Dünya bu günə kimi bunun nəticələri ilə üzləşməkdədir”, – Narışkin deyib.
Onun sözlərinə görə, Qərb uğurdan başgicəllənmə yaşayır, lakin kəşfiyyat xidmətləri Rusiyada inqilab edə bilməyəcəklər.
Azpost.info