Dmitri Peskov
“ABŞ və Avropa ölkələri Rusiyaya qarşı ittihamlar səsləndirməklə Moskvanın narahatlıqlarına qulaq asmaq istəmədiklərini gizlətməyə çalışırlar”.
Azpost.info info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Vaşinqton və Avropa ölkələri Rusiyanı aqressivlikdə ittiham edirlər. Bununla bizim narahatlıqlarımızı dinləmək istəmədiklərini ört-basdır etməyə çalışırlar. Ona görə də Rusiya hər şeyə təkbaşına nail olmalıdır”, – Peskov deyib.
Onun sözlərinə görə, Rusiya on ildən artıqdır ki, bu narahatlıqlardan danışır, lakin Qərb onları nəzərə almır.
Azpost.info
