Rəsul Quliyevin fəxri üzv olduğu partiya rəsmi dövlət qeydiyyatına alındı –QƏRAR

Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı şanlı Qələbəyə həsr olunan kollegiya iclası keçirilib. 

Nazirlikdən verilən məlumata görə, iclasda qeydiyyat məsələlərinə də baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

 GAP 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. GAP-ın sədri Ağasif Şakiroğludur.

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev GAP-ın fəxri üzvüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir