Rəsulzadənin doğum tarixi haqqında yeni arxiv sənədləri tapıldı –

Əmin bəy hansı ayda anadan olub? (FOTO)  
23 Fevral 2020 - 20:49

Məhəmməd Əmin Rəsulzadənin doğum tarixi ilə bağlı yeni sənədlər üzə çıxıb.

Azpost.info bildirir ki,  bu barədə araşdırmasçı alim Ədalət Tahirzadə məlumat verib.

O bildirib ki, AXC qurucusunun doğum tarixi daim yanvarın 31-də qeyd olunur: “Məhəmmədəmin bəyin atası Axund Hacı Əliəkbərin (Axund Ağanın) 17 mart 1901-ci ildə tərtib edilmiş qulluq dəftərində uşaqlarının doğum tarixi dəqiq göstərilib: MƏHƏMMƏDƏMİN – 29 fevral 1884-cü il!”.

Onun sözlərinə görə, bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da 1 may 1918-ci ildən Yuli təqvimi indi işlətdiyimiz Qriqori təqvimi ilə əvəzlənib: “Bu iki təqvim arasında 13 gün fərq var; belə ki, tarixləri düzgün çevirmək üçün Yuli təqviminin üzərinə 13 gün artırmaq gərəkdir, yəni 29 fevralın üstünə 13 gün gəldikdə 13 mart edir. 25 oktyabr 1917-ci ildə baş versə də sovet dönəmində həmişə 13 gün sonra – 7 noyabrda bayram edilib. Gerçəklik sevənlər üçün Gürcüstanın Tarix Arxivindən əldə etdiyim sənədi də burada paylaşıram. Həqiqi tarixçilərin ona inanacağı şübhəsizdir”.

Alim bildirib ki, bundan sonrakı bütün yazılarında Məhəmmədəmin Rəsulzadənin doğum tarixini 13 mart 1884-cü il göstərəcək. “Bu şanlı doğum gününü o tarixdə qeyd edib-etməmək isə siyasətçilərin öz işidir”.