Rəsmi Minsk Litvaya nota verdi

Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.

“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, – A.Qlaz vurğulayıb.

Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus qəzaya düşüb –

Sonrakı məqalə

Evində təziyə mərasimi keçirən ilahiyyatçı həbs edildi