Rafiq Tağının ailəsi Baş Prokurora müraciət edib:"İstintaq yeni tərkibdə aparılsın"

Yazıçı Rafiq Tağının ailəsi Prezedent İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Müraciətdə yazıçının qətlinin 9-cu ilinin yaxınlaşdığı xatırlanır və biıdirlir ki, onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək tapılmayıb: “Hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməyib. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləyib. Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik”.

Yazıçının ailəsi yeni Baş prokuror K.Əliyevin ( 2020-ciil mayın 1-də bu vəzifəyə təyin edilib) bu işdə əzm göstərəcəyinə ümid edir. Müraciət müəllifləri hesab edirlər ki, bu cinayət işinə yenidən baxılmalıdır: “Bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir “.

Müraciətə, hələlik, Prezident Administrasiyası və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbulda avtobus körpüyə çırpılıb –

Sonrakı məqalə

Bakı şəhəri rəhbərliyi çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib