“Ramazan bayramından sonra Şuşanı ziyarətlə yeni bir bayram yaşayaq” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək. 

Bu barədə o, Türk Şurasının Zirvə toplantısında danışıb.

Qarabağdakı türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz böyük önəm daşıyır. İstəyimiz odur ki, ən qısa zamanda Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə yeni bir bayram yaşayaq”,- deyə Ərdoğan qeyd edib.

Ərdoğan bildirib ki, 44 gün davam edən əfsanəvi mübarizə sonrasında 30 illik işğal sona çatıb: “Əlbəttə ki, asan deyil. Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb, kilsələr viran qoyulub. Bütün bunlarla yanaşı bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları qətliamın anım günüdür. Biz heç bir zaman Xocalı qətliamını kənara qoya bilmərik. Hələ qısa zaman öncə anım gününü keçirdik. Qətl edilən 10 minlərlə qardaşımızı rəhmətlə anıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aprel ayına olan hava proqnozu

Sonrakı məqalə

İflasa uğramış 100 milyard dollarlıq “Xəzər adaları” üçün sərmayə axtarılır –