Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Səttar Möhbalıyev, Məlahət İbrahimqızı Əfv Komissiyasının tərkibindən çıxarılıb

Prezident İlham Əliyevun bu gün imzaladığı sərəncamla  Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib.

Komissiyanın köhnə tərkibindən olan bir sıra üzvlər yeni siyahıda yer almayıb.

Bu sərəncamla Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Əfv Komissiyasının sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bundan başqa, keçmiş mədəniyyət Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı səfir Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova yeni komissiyanın tərkibinə daxil edilməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Əfv Komissiyasının yeni tərkibini təsdiqlədi –

Sonrakı məqalə

Karantin dövründə məktəblərdə illik planlaşdırmalara dair metodiki göstərişlər açıqlandı