“Azərbaycanda aprel-may ayında koronavirus minimum həddə düşəcək” –Ekstrasens Zirəddin Rzayevdən yeni proqnozlar (VİDEO)

Tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı hələ 2017-ci ildə Rusiya mətbuatına proqnoz vermişdi. 

Bəs dünyanı cənginə alan virus hansı tarixdə bitəcək?

“Demişdim ki, yayın axırı, payızın əvvəlində virus bitməlidir. Doğurdan da, ayın sonunda virusa yoluxma azaldı. Moskvadan gedən həkimlər artıq Azərbaycandan geri qayıtdı. Bu virusun il yarım-iki il davam edəcəyini görürəm. Zamanında tədbirlər görülərsə, bu, o qədər də qorxulu virus deyil. Aprel-may ayında virus Azərbaycanda minimum həddə düşəcək”, – deyə ekstrasens Baku.tv-yə açıqlamasında söyləyib.

Zirəddin Rzayev bildirib ki, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ baş verə bilər: “Bu illər Azərbaycan üçün təbii fəlakətlərlə bağlı aktiv illərdir. Yeraltı təkanlar və daşqınlar olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada 31 milyon rubl rüşvət almış qubernator həbs edilib

Sonrakı məqalə

“Ramiz Mehdiyev özünü yaxşı hiss edir” –